1645693586ukrayna ordusu

Almaniya hökuməti qarşıdan gələn qış mövsümündə Ukraynaya dəstək məqsədilə əlavə 200 milyon avro ayıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin noyabrın 13-də yaydığı birgə bəyanatda bildirilib.

Vəsait əsasən enerji və kommunal infrastrukturun bərpasına, eləcə də müharibədən zərər çəkmiş əhaliyə humanitar yardıma yönəldiləcək. Vəsaitin ayrılması üçün Bundestaqın Büdcə Komitəsi də razılıq verib. 

Maliyyə dəstəyi çərçivəsində Ukraynanın elektrik enerjisi, istilik və su təchizatı sistemlərinin fəaliyyətinin təmin edilməsi, zədələnmiş infrastrukturun təmiri nəzərdə tutulur. Həmçinin məktəb və uşaq bağçalarına, kənd təsərrüfatına və mülki müdafiə xidmətlərinə də vəsait ayrılacaq.

Humanitar yardımın əsas hissəsi cəbhə bölgələrində yaşayan əhaliyə, məcburi köçkünlərə və qonşu ölkələrə sığınan ukraynalı qaçqınlara yönəldiləcək. Bundan əlavə, şəhərlərdə su, sanitariya və səhiyyə xidmətlərinin qışa hazırlanması dəstəklənəcək. 

Tahir Turan
Globalinfo.az

Paylaş: