macaristan e1756193073544

Macarıstanda yeni hökumət Ukraynaya hərbi dəstək və Avropa İttifaqının böyük kredit paketində iştirakla bağlı əvvəlki siyasəti davam etdirəcəyini açıqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə namizəd Anita Orban parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

    “Macarıstan Ukraynaya silah və ya əsgər göndərməyəcək”, – o qeyd edib.

    O, həmçinin vurğulayıb ki, ölkə Avropa İttifaqının Ukraynaya nəzərdə tutduğu 90 milyard avroluq kredit paketində də iştirak etməyəcək: “Biz Ukraynaya 90 milyard avroluq Aİ kreditinin verilməsində iştirak etməyəcəyik”.

    Bununla belə, o bildirib ki, Macarıstan digər məqsədlər üçün birgə borclanma mexanizmlərinə tamamilə qarşı deyil.

    Bu mövqe yeni hökumətin əvvəlki Baş nazir Viktor Orban administrasiyasının siyasətini davam etdirdiyini göstərir.

    Paylaş: