az 2

“Daha yüksək templərlə inkişaf edəcək proqnozlaşdırılan sahələri qeyd etmək istəyirəm. Burada ilk növbədə qeyri-neft sənayemizdir, artım tempi 7% gözlənilir, informasiya və rabitə sektorudur, 11%, turizm sektorudur, 8%-dən yuxarı və nəqliyyat sektorudur ki, 5%-dən yuxarı iqtisadi artım gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

“Bu il tətbiqinə başlanacaq yeni alətlər sahibkarların maliyyə və əməliyyat xərclərinin azalmasına, istehsalı və ixracı genişləndirməyə yönəlib və regionlarda, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, sahibkarların maliyyə çıxışı alətləri, zəmanət və subsidiya mexanizmi tətbiqi dairəsi genişləndirilib, ixracatçıların daşınma və gömrük rəsmiləşməsi xərclərinin bir hissəsi kompensasiya olunur, investisiya təşviqi mexanizmi bir sıra strateji sahələrə, o cümlədən agroparklara və müasir istixanalara da şamil edilib”, – deyə o bildirib.

Deputat qeyd edib ki, sahibkarlara dövlət dəstəyi işğaldan azad edilmiş ərazilərimizdə xüsusi əhəmiyyət daşıyır:

“Çünki böyük qayıdışın dayanıqlılığı orada yaşayan iş orada yaşayanlar üçün iş yerlərinin və istehsalatdan asılıdır. Bu ərazilərdə özəl sektorun inkişafı üçün geniş güzəştlər və azadolmalar tətbiq olunur. Azərbaycanın Biznes İnkişaf Fondu da bu ərazilər üçün tətbiq etdiyi kredit məhsulu, kənd təsərrüfatı və akvakultura ilə yanaşı, təhsil, sosial xidmətlər və İKT layihələrdə əhatə edir və özəl sektorun bərpa işlərinə töhfə verməsinə şərait yaradır.

Bundan əlavə, həmin ərazilərdə idxalda vergi və gömrük güzəştlərinin tətbiq olunduğu fəaliyyət sahələrinin sırasında elmi tədqiqat və işləmələr də daxil edilir. Bu güzəştlər həmin ərazilərdə elmi tədqiqat fəaliyyəti ilə məşqul olan subyektlər üçün avadanlığın və material xərclərini azaldır, elmi istehsalat elmlə istehsalat arasında əlaqələrin gücləndirilməsinə əhəmiyyətli əlavə imkanlar yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: