Xəbər verdiyimiz kimi, Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, görüşün keçirildiyi məkandan paylaşılan görüntülərdə əks olunan rənglərin sintezi maraq yaradıb.
Buzları əritmək…
Görüş otağının divarlarında narıncı və boz rənglərin kombinasiyası diqqət çəkib. Bu rənglərin birgə istifadəsi diplomatiyada “neytral və soyuqqanlı mövqedə qalmaqla yanaşı, yeni ideyalara, dialoqa və enerjiyə açıq olmaq” mesajını verir. Kəskin fikir ayrılıqları olan görüşlərdə bu rəng birləşməsi tərəflər arasında buzları əritmək və orta yol tapmaq niyyətini vurğulayır.
Bordo rənginin sirri
Döşəmədə bordo rəngli xalça yerləşdirilib. Diplomatiyada bordo (tünd qırmızı-şərab) rəng sakit güc, nəzakətli nüfuz və özünəinam mesajı verir. Həmçinin qarşı tərəfdə etibar, dialoqa açıqlıq və xoş niyyət hissi yaradır. Yüksək səviyyəli qəbullarda, qırmızı xalça mərasimlərində və diplomatik ziyafətlərdə bu rəng qonaqlara verilən dəyəri və tədbirin ali statusunu vurğulayır.
Xatırladaq ki, bundan əvvəl də İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşlərdə məkanın divarında fotolar, otaqdakı aksesuarlar və s. medianın diqqətini çəkib və bu barədə yazılıb.
Gülnar Səlimova