
Rusiya Ukraynaya Avropa hərbi kontingentinin yerləşdirilməsini münaqişənin uzadılmasına səbəb olacaq addım kimi qiymətləndirir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Moskva belə bir ssenarinin daha geniş hərbi qarşıdurma riskini artıracağını bildirir.
Peskovun sözlərinə görə, Avropa ölkələrinin Ukraynada hərbi qüvvə yerləşdirmək niyyəti müharibənin başa çatdırılması səyləri ilə ziddiyyət təşkil edir.
O, belə bir addımın həyata keçirilməsi halında hərbi əməliyyatların davam edəcəyini və daha geniş münaqişə təhlükəsinin yaranacağını vurğulayıb.
Kremlin sözçüsü Avropa liderlərinin sülh danışıqlarında iştirak etmək istəklərinə də münasibət bildirib. Onun fikrincə, Avropa ölkələri bir tərəfdən sülhə dəstək verdiklərini bəyan edir, digər tərəfdən isə Ukraynada yerləşdirilməsi nəzərdə tutulan hərbi kontingentlə bağlı planları müzakirə edirlər.
Tahir Turan
Globalinfo.az