
İranın Hörmüzqan əyalətində yerləşən Sirik şəhərində son saatlarda bir neçə dəfə partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, yerli sakinlər xüsusilə Hörmüz boğazına yaxın ərazilərdə partlayışa bənzər səslər eşidiblər.
Hadisənin səbəbi ilə bağlı müxtəlif məlumatlar yayılsa da, ilkin açıqlamalarda səslərin hərbi fəaliyyətlə əlaqəli ola biləcəyi bildirilir.
Bəzi məlumatlarda bu səslərin Hörmüz boğazında müəyyən edilmiş hərəkət qaydalarını pozan gəmilərə qarşı açılan xəbərdarlıq atəşi ilə əlaqəli olduğu iddia edilir.
Tahir Turan
Globalinfo.az