tukr 1

Sumqayıt Şəhər Məhkəməsində ehtiyatda olan general-mayor Natiq Əliyevin qızı, külli miqarda dələduzluqda təqsirləndirilən Türkər Əliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.

Məhkəmənin qərarı ilə T.Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, general Natiq Əliyevin qızı Türkər Əliyeva moderator kimi çalışıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevin şikayəti əsasında onun barəsində Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. T.Əliyeva Sumqayıt Şəhər Prokurorluğu tərəfindən istintaqa cəlb edilib və saxlanılıb.

***15:41

500 min manatdan artıq dələduzluqda təqsirləndirilən, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevaya əlavə maddələrlə də ittiham elan olunub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Prokurorluğunda ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yanaşı daha iki maddə ilə də ittiham elan olunub.

Məlumata görə, T.Əliyevaya qarşı, həmçinin Cinayət Məcəlləsinin 32.4-cü (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməklə cinayətdə iştirakçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

***13:58

General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib.

Globalinfo.az Axar.az-a istinadən bildirir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.

Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş: