8a421a91 407e 44c8 b829 7a9f08666702

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda helikopter qəzaya uğrayıb.

Globalinfo.Az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.

Hadisə Samanköy ərazisində yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə saat 19:45-də) baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım briqadası və Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) əməkdaşları cəlb olunublar. Ərazidə baş verən kiçikmiqyaslı yanğın söndürülüb.

“S-70″ tipli helikopterlərimizdən biri Malatyada hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə dərhal başlanılıb”, – deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri hadisə yerində araşdırma aparırlar.

Paylaş: