
Rusiya Prezidenti Vladimir Putinin daha bir nəvəsinin dünyaya gəldiyi barədə məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb. Qeyd olunub ki, araşdırmaçı jurnalistlər onun qızı olduğu ehtimal edilən Katerina Tixonovanın 2025-ci ildə oğlan uşağı dünyaya gətirdiyini üzə çıxarıblar.
jurnalistlər Rusiyanın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı sızdırılmış məlumat bazalarını araşdırarkən bu nəticəyə gəliblər.
Araşdırmada körpənin anası kimi Katerina Tixonovanın adı göstərilir. Onun atası olduğu ehtimal edilən şəxs isə rusiyalı baletmeyster, keçmiş Bavariya Dövlət Baletinin rəhbəri İqor Zelenskidir.
Jurnalistlərin əldə etdiyi sənədlərə əsasən, uşağın doğumu əvvəlcə Prezident İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanası tərəfindən rəsmiləşdirilib. Lakin doğumun dövlət qeydiyyatına alınması bundan xeyli sonra həyata keçirilib.
Nəşr diqqətə çatdırır ki, Rusiya qanunvericiliyinə əsasən, uşağın doğumu valideynlər tərəfindən ən gec bir ay ərzində qeydiyyata alınmalıdır. Buna baxmayaraq, sözügedən doğum haqqında şəhadətnamənin dövlət qeydiyyatına alınmasının gecikdiyi bildirilir.
Araşdırmaçıların sözlərinə görə, məlumatlar sızdırılmış elektron qeydlərdən əldə edilib və digər sənədlərlə müqayisə olunub. Onlar yoxlama zamanı məlumatların saxtalaşdırıldığına dair əlamət aşkarlamadıqlarını bildiriblər.
Tahir Turan
Globalinfo.az