6af5ce60eff736af5ce60eff741794494048f0d1559ee7bde7dbb9f4a036c55910f1

“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə hökm elan edilib.

Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib.

Elgiz Qəhrəman məhkımə zalında həbs edilib.

Digər təqsirləndirilən Tamella Musayeva 4 il sınaq 8 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Məclis.info saytının rəhbəri İmran Əliyev ötən il aprelin 19-da həbs edilib.

İstintaq araşdırması zamanı Elgiz Qəhrəman və Tamella Musayeva da iş üzrə məsuliyyətə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham elan olunub.

İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki təqsirləndirilən – Elgiz Qəhrəman və Tamella Musayevanınn barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.

Paylaş: