Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə görüşü iki saatdan çoxdur davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kremldə keçirilən görüşdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması yolları müzakirə olunur. Danışıqlar Bakı vaxtı ilə saat 17:05-də başlayıb.
Qeyd edək ki, görüşdə Ukraynadakı vəziyyət, humanitar məsələlər və Avropanın gələcək təhlükəsizlik arxitekturası da müzakirə mövzusudur.
Əliyar Xəlil