Dublində keçirilən Avropa Siyasi Birliyi sammitindəki işimə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlə başladım.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı yazıb.
“Ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz əməkdaşlıq üçün prioritet sahələri müzakirə etdik. Bunların arasında ən başlıcası “Dron Deal”la (Ukraynanın dron və antidron sistemlərinin ixracı, ortaq istehsalı, texnologiya transferi və döyüş təcrübəsi mübadiləsi üzrə hökumətlərarası əməkdaşlıq modeli) bağlı müqavilələr artıq imzalanıb və biz sifarişlərin həcminin artırılması üzərində işləyirik. Həmçinin, Azərbaycan bizneslərinin Ukraynadakı fəaliyyəti məsələsinə də toxunduq. Biz bu şirkətlərin ölkəmizdə qalmasını və Rusiyanın mənfur hücumları qarşısında belə xalqımızın rifahı naminə fəaliyyətlərini davam etdirmələrini yüksək qiymətləndiririk”, – Zelenski bildirib.
Zelenski İlham Əliyevlə Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın fasiləsiz hücumları səbəbindən enerji və nəqliyyat sektorlarının üzləşdiyi çətinlikləri ətraflı müzakirə etdiklərini də qeyd edib:
“İndiyədək göstərilən dəstəyə görə minnətdarlığımı bildirdim. Həmçinin, Azərbaycanın qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın kritik infrastrukturu və logistikasına dəstək göstərmək imkanı tapması bizi məmnun edərdi. Biz müvafiq komandalarımıza bu istiqamətdə işləmək tapşırığı verdik. Təşəkkür edirəm!”