
Rusiya Prezidenti Vladimir Putin Konstantinovkada humanitar missiyanın həyata keçirilməsini təklif edib. O, bu təşəbbüsün Aleşkin şəhərindəki nümunəyə uyğun təşkil olunmasını irəli sürüb.
Globalinfo.az xəbər verir ki, Putin bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə keçirdiyi görüşdə danışıb.
Rusiya lideri Konstantinovka ətrafındakı ərazilərin minalardan təmizlənməsi üçün Moskvanın beş günə ehtiyac duyduğunu bildirib.
Putin Rusiyanın Konstantinovkaya nəzarət etdiyini və humanitar missiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu iddia edib. O, Ukrayna tərəfinin şəhərə nəzarət etdiyini düşünməsi halında, təhlükəsizlik məsələsini öz üzərinə götürməli olduğunu söyləyib.
Bundan əlavə, Putin humanitar missiyanın təşkili ilə bağlı Rusiya və Ukraynanın ombudsmanlarına müvafiq tapşırıq verilməsini təklif edib.
Safura Bənnayeva
Globalinfo.az