1791657921 pezeskian1

Antalyada keçirilən COP31 sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla İraq Kürdüstanı Regionunun rəhbəri Neçirvan Bərzani arasında ikitərəfli görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Danışıqlar zamanı İran, İraq və İraq Kürdüstanı Regionu arasındakı əlaqələrin mövcud durumu, həmçinin Yaxın Şərqdə təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Görüş iştirakçıları regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün birgə fəaliyyətin gücləndirilməsinin, eləcə də siyasi təmasların davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: