putin bayden 1

“ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropada yeni təhlükəsizlik sistemi və Ukrayna ilə bağlı sülh sazişi üzrə danışıqları eyni vaxtda aparmaq istəyir. Lakin Vaşinqton əvvəlcə münaqişənin başa çatmasına nail olmağı planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki mövqeyə bələd olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təhlükəsizlik sazişinin həyata keçirilməsi yalnız münaqişənin dayandırılması barədə razılıq əldə edildikdən sonra mümkün olacaq.

Bundan əlavə, ABŞ hesab edir ki, avropalılara sülh danışıqlarında yer verilməsi onların münaqişə başa çatmamış daha geniş təhlükəsizlik sazişini müzakirə etməyə hazır olmasını artıra bilər.

“Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik təminatları ilə bağlı bundan sonra nə baş verəcəyini bilmədən sazişə razılaşmayacaq. Rusiya Prezidenti Vladimir Putin də bunu bilmək istəyir. Məhz buna görə təhlükəsizlik məsələsi bu qədər vacibdir”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, ABŞ Avropa ölkələrinə Vaşinqtonun Avropa və Ukraynanın dəstəyi olmadan Rusiya ilə təhlükəsizlik sazişi imzalamayacağını çatdırıb.

Həmçinin ABŞ Rusiyaya Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərdə veto hüququ verməyəcək.

İki mənbə bildirib ki, Rusiya nümayəndələri Ukraynada münaqişənin başlanma səbəblərindən biri kimi ABŞ-ın o vaxtkı Prezidenti Co Baydenin 2021-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Moskvanın təhlükəsizliklə bağlı narahatlıqlarını əks etdirən məktubuna cavab verməməsini göstəriblər.

Mənbənin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner dünyanın 2021-ci ildən bəri ciddi şəkildə dəyişdiyini bildiriblər.

“Axios”un məlumatına görə, ABŞ rəsmiləri Rusiyadan Moskvanın narahatlıqlarını və təhlükəsizlik sahəsində tələblərini ətraflı şəkildə əks etdirən təklif hazırlamağı xahiş ediblər.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: