Azərbaycanda yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı açıqlanıb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, ölkədə yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı 264 nəfərdir:
“Onların 35-i kişi, 229-u qadındır. Ən yaşlı şəxsin 122 yaşı var və qadın pensiyaçıdır”.