Rusiya ordusu Kiyev vilayətinin Borispol rayonundakı Yaqotin şəhərini pilotsuz uçuş aparatları ilə vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.
Eyni zamanda, sosial şəbəkələrdə Kiyev vilayətində yerləşən “Yaqotinske” zavoduna zərbə endirildiyini əks etdirdiyi iddia olunan video yayılıb. KİV-lər şəkər istehsalı müəssisəsinin də hücuma məruz qaldığını bildirir.