191030 biden poll

ABŞ-nin keçmiş prezidenti Co Bayden prostat xərçəngindən əziyyət çəkdiyini bilsəydi, 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini söyləyib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, “People” jurnalına müsahibəsində danışıb.

“Əgər xərçəng səbəbindən səhhətimin pis olduğunu bilsəydim, istefa verərdim. Namizədliyimi irəli sürməzdim, çünki 80 yaşlı xərçəng xəstəsi kişinin prezident vəzifəsinə namizəd olmalı olduğunu düşünmürəm”, – Bayden vurğulayıb.

Bununla belə, o, prezident vəzifəsi üçün ən uyğun namizəd olduğunu iddia edib.

83 yaşlı Bayden 2025-ci ilin mayında ona aqressiv prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdı. Bundan sonra beş həftəlik şüa terapiyası kursu keçib. 2025-ci ilin sentyabrında isə dəri xərçəngi səbəbindən əməliyyat olunub. İyun ayında ABŞ-nin keçmiş birinci xanımı Cill Bayden xərçəngin sümüklərə metastaz verdiyini və həyat yoldaşının ömrünün sonunadək bu xəstəliklə mübarizə aparacağını bildirib.

2024-cü ildə Bayden prezident seçkilərində hazırkı ABŞ dövlət başçısı Donald Trampa məğlub olub.

Paylaş: