ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran üzərində tam qələbə qazanmaq niyyətində olduğunu və hərbi əməliyyatın qismən nəticəsi ilə kifayətlənməyəcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında Veteranlar Günü münasibətilə çıxışı zamanı danışıb.
“Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı savaş aparır. Bununla çoxdan məşğul olmaq lazım idi”, – deyə ABŞ prezidenti bildirib.
O, İrana qarşı hərbi əməliyyatın daha əvvəl başlanmalı olduğunu da vurğulayıb.
“Biz qalib gəlmişik. Amma əmin olmaq istəyirik ki, bu, 93 faizlik deyil, tam qələbədir. İranın dağıtdıqlarımızın hamısını bərpa etməsi 25 il çəkəcək. Ümid edirəm ki, bu ölkəni bir daha dağıtmağa ehtiyac qalmayacaq”, – Tramp qeyd edib.
Əliyar Xəlil