Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin Şuşa şəhərindəki məzarları tapılıb.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 1784-cü ildə Şuşada doğulan Qasım bəy Zakir, 1857-ci ildə Şuşada vəfat edib və Mirzə Həsən qəbiristanlığında dəfn edilib.
1984-cü ildə şairin məzarı üzərində qəbirüstü abidə ucaldılıb. Şuşa şəhərinin işğalından sonra abidə və məzar dağıdılıb.
Mirzə Ələsgər Növrəs isə 1839-cu ildə Şuşada anadan olub, 1912-ci ildə doğma şəhərində vəfat edib. Tanınmış Azərbaycan şairi, Mirzə Həsən qəbiristanlığında, Qasım bəy Zakirin məzarının yaxınlığında dəfn olunub.
Görüntüləri təqdim edirik: