“Regionlarda aparılan kadr dəyişiklikləri və ixtisarlar yerli idarəetmə orqanlarının fəaliyyətinə təsir göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Hazırda nazirlik və digər dövlət strukturlarında, eləcə də regionlardakı icra hakimiyyəti orqanlarında ştatların azaldılması prosesi gedir. Yerli icra nümayəndəliklərində çalışan dörd nəfərdən ikisinin ixtisara salınması nəzərdə tutulur. Nəticədə bir kəndin idarə olunması cəmi iki nəfərin üzərinə düşür”, – deyə o bildirib.
Deputat qeyd edib ki, tibb müəssisələrində də ixtisarlarla bağlı narahatlıqlar var:
“Həkimlərdən daxil olan müraciətlərdə poliklinika və xəstəxanalarda çalışan təcrübəli və savadlı mütəxəssislərin də işdən çıxarıldığı qeyd olunur. Bəzən iş stajının az olması və ya müəyyən kateqoriyalara uyğun gəlməmək həkimlərin ixtisara düşməsinə səbəb olur”.
Safura Bənnayeva
Globalinfo.az