lavrov gulus

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avropalı nümayəndələrin təyyarələrinin vurulması ilə bağlı zarafat edib.

Globalinfo.az xəbər verir ki, o, Əbu-Dabidə keçirilən Rusiya–ABŞ-Ukrayna üçtərəfli görüşü ərəfəsində BƏƏ-yə gələn avropalı nümayəndələrlə bağlı jurnalistin sualını cavablandırarkən ironik ifadə işlədib.

Jurnalist Avropa təmsilçilərinin görüşün keçirildiyi şəhərə gəlmələrinə baxmayaraq, əsas danışıqlara niyə buraxılmadıqlarını soruşub.

“Onların təyyarələrini vurmağı təklif edirsiniz?” – Lavrov zarafatla cavab verib.

Nazir bildirib ki, Əbu-Dabidəki üçtərəfli danışıqlar gələcək təhlükəsizlik arxitekturasının müzakirəsinə həsr olunub. Onun sözlərinə görə, Moskva bundan sonra hansı addımların atılacağı aydınlaşmadan növbəti atəşkəs razılaşmasına getmək istəmir.

Avropa nümayəndələrinin görüşdə iştirakına gəlincə, Lavrov onların Əbu-Dabiyə gəldikdən sonra oteldə gözləyə biləcəklərini deyib.

O, ABŞ tərəfinin Rusiya nümayəndə heyəti ilə danışıqlardan əvvəl ukraynalı və avropalı rəsmilərlə görüşmək qərarına hörmətlə yanaşdıqlarını da vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: