Ermənilər mənə yaxınlaşıb deyirlər ki… – Zaxarova

“Rusiya ilə Ermənistan sülh və harmoniya şəraitində yaşayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya-Ermənistan münasibətlərinin tarixi ikitərəfli əməkdaşlığın inkişafı üçün əsas olacaq.

“Mən yox, Ermənistandan olan uşaqlar yaxınlaşıb dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışırlar, şəkil çəkdirmək istəyirlər və hədiyyələr verirlər. Onlar bizim sülh və harmoniya şəraitində yaşayacağımızı xəyal edirlər. Üstəlik, bizim tarixi əlaqələrimiz var. Bu, ikitərəfli münasibətlərin inkişafı üçün əsas olmalıdır. Belə olacağına şübhə etmirəm”, – Zaxarova vurğulayıb.

Xatırladaq ki, Rusiyada Ümumdünya Gənclər Festivalı keçirilir. Festivalda təhsil, elm, beynəlxalq əməkdaşlıq, mədəniyyət, könüllülük və xeyriyyəçilik, idman, biznes və media sahələrində 20 min gənc lider, o cümlədən 10 min əcnəbi iştirak edir.

Əliyar Xəlil
Globalinfo.az