“Qərb Rusiyaya qarşı Ukrayna vasitəsilə müharibə aparır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Qərbin məqsədi geosiyasi rəqibini zəiflətmək və ona təzyiq göstərməkdir:
“İqtisadiyyat getdikcə daha çox qarşıdurma vasitəsinə çevrilir. Hərbi münaqişələri geosiyasi rəqibləri sıxışdırmağa yönəlmiş ticarət müharibələri əvəz edir.
Qlobal iqtisadiyyat və beynəlxalq təhlükəsizlik bir-birini tamamlamalı, dinc yanaşı yaşamaq və ümumi rifah üçün zəmin yaratmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az