gurlekjpg Rs5BdKuGfkiUNiWmD A34Q

“Kurtlar Vadisi” serialında Memati obrazı ilə tanınan türkiyəli aktyor Gürkan Uygun 86 yaşında vəfat edən atası Bahattin Uygunu son mənzilə yola salıb.

Globalinfo.az xəbər verir ki, Bahattin Uygun yaşla əlaqədar xəstəliklər səbəbindən dünyasını dəyişib.

Onun cənazəsi Türkiyənin Kocaeli vilayətinin Körfez rayonundakı Çamlıtəpə məhəlləsində yerləşən Kemal Sadi Şirin məscidinə gətirilib.

Gürkan Uygun və qardaşı Volkan Uygun məsciddə başsağlığı diləklərini qəbul ediblər. Aktyoru bu ağır gündə “Kurtlar Vadisi” serialında Abdülhey obrazını canlandıran həmkarı Kenan Çoban da tək qoymayıb.

Günorta namazından sonra Bahattin Uygun üçün cənazə namazı qılınıb. Daha sonra mərhum Körfez Asri qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Uygun ailəsinin üzvləri və yaxınları ilə yanaşı, Körfez bələdiyyəsinin sədri Şener Söğüt və çoxsaylı sakinlər iştirak ediblər.

memtijpg I5fSXYtNvEadAKsIYZknjA

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: