temap

“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda  aparılan danışıqlar çətin ki, nəticə versin”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalında məlumat verilib.

Bildirilib ki, sözügedən danışıqlar ABŞ Prezidenti Donald Trampın rahatlıq tapması üçün təşkil edilib.

“Moskva və Kiyev bir-biri ilə danışmaqda maraqlı deyil. Real irəliləyiş gözlənilmir, amma güman ki, Trampın marağını qorumaq üçün tərəflər “oynayacaqlar”, – kanal qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə  Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu başlayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: