“Sözlərimin əvvəlində Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi minnətdarlıq və ehtiramla yad edirəm. Qazilərimizə təşəkkürümü bildirir, Uca Allahdan onlara sağlamlıq, əmin-amanlıq və uzun ömür diləyirəm”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Altı il əvvəl İlham qardaşımın rəhbərliyi ilə bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl təzahürü, bütün Türk dünyasının qürur mənbəyi olmağa davam edir.
Hamınızın bildiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəsinə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə gələcəyimizə işıq salan sönməz məşəldir.
Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin hüdudlarından çox-çox kənara çıxır. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru hesab edirik”