Ilham Eliyev 1313

“Bizim birliyimiz və qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər heç vaxt öz arzularına çatmayacaqlar. Onların arzuları gözlərində qalacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada mətbuata bəyanatında deyib.

“Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsılmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq. Onların arzuları gözlərində qalacaq. Biz bu sərvəti qoruyuruq. İki xalq ilk növbədə iki lider və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxudda ki, öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”, – Prezident deyib.

İlham Əliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi Türkiyə–Azərbaycan birliyini bir daha göstərdi:

“7 ay sonra burada – Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır. Dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur”.

Paylaş: