Ilham eliyev tebessum 900x608 1

Döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta Azərbaycanı daim hədələyirdi:

“Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə – Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra – noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı”.

Qeyd edək ki, Azərbaycana qarşı “yeni müharibə – yeni ərazilər” doktrinasını Ermənistanın sabiq müdafiə naziri David Tonoyan irəli sürmüşdü.

Paylaş: