8 Noyabr Azərbaycan xalqının uzun illər davam edən mübarizədən sonra ölkənin ərazi bütövlüyünü bərpa etmək əzmini, cəsarətini və fədakarlığını nümayiş etdirən tarixi hadisədir.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif X sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib.
O, Zəfər Gününün altıncı ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb:
“Əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi və cəsur qardaş Azərbaycan xalqını Zəfər Gününün altıncı ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. Pakistan həmin dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyub və bundan sonra da ölkənizi dəstəkləməyə davam edəcək. Ötən il Bakıda Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasında mövcud olan möhkəm dostluğun bariz nümunəsi idi”.
Safura Bənnayeva
Globalinfo.az