Pokrovsk istiqamətində vəziyyət gərgin olaraq qalır. Rusiya qüvvələri Vasilyevkaya doğru irəliləməyə çalışır.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın 155-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadasının rabitə rəisi Artyom Pribilnov bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu çoxsaylı hücumlar həyata keçirir. Məqsəd qışdan əvvəl Dobropolye şəhərinə çatmaq və orada mövqelərini möhkəmləndirməkdir.
Pribilnovun bildirdiyinə görə, bundan sonra rus qüvvələri Kramatorsk aqlomerasiyası istiqamətində növbəti əməliyyatları planlaşdırmağı hədəfləyir.