“Paşinyan hakimiyyətini qərbmeyilli adlandırmaq nağıldır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Konstruktiv Partiyasının rəhbəri Andrias Qukasyan söyləyib.
O, Paşinyanı Rusiyanın Ermənistandakı maraqlarının xidmətçisi adlandırıb.
Qarabağ məsələsinə toxunan Qukasyan Rusiyanın buranı Bakıya təhvil verməyə hazır olduğunu söyləyib:
“Azərbaycan və Türkiyə Rusiyanın strateji tərəfdaşlarıdır. Onlarla stabil münasibət Rusiyaya çox vacibdir. Buna görə də Rusiya Azərbaycanın xeyrinə Ermənistanın maraqlarını qurban verməyə hazırdır ki, onlarla münasibətlərini stabil saxlaya bilsin. Rusiya mövqelərindən istifadə edərək Azərbaycanın tələblərini təmin edir. Bununla belə, bizim hakimiyyət hələ də Qərbdən hər vəchlə uzaq qalmağa çalışır”.
İlkin Həsənov
Globalinfo.az