ABS Israil 900x600 2

İsrail BMT-dəki daimi nümayəndəsi Dani Danon ABŞ-da yanacağın bahalaşmasına görə İsrailin məsuliyyət daşıması barədə ittihamları rədd edib.

Globalinfo.az-ın xəbərinə görə, diplomat  bildirib ki, İrana hücum qərarını İsrail deyil, ABŞ qəbul edib.

Onun sözlərinə görə, İsrail Vaşinqtonun bu addımını düzgün qərar hesab etdiyi üçün dəstəkləyib.

Danon bildirib ki, İran ABŞ-ı təhdidə davam edir və bu səbəbdən yaranan vəziyyətə görə məsuliyyəti İsrailin üzərinə qoymaq ədalətli deyil.

ABŞ cəmiyyətində qarşıdurmanın uzanmasından narazılığın artması və Vaşinqtonla Tehran arasında mümkün razılaşma məsələsinə toxunan diplomat yekun qərarın Donald Trampdan asılı olduğunu vurğulayıb.

O, İsrailin gələcəkdə də öz təhlükəsizliyini qorumaq üçün zəruri addımları atacağını bildirib.

Danonun sözlərinə görə, İran təkcə İsraili deyil, Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini, səfirliklərini və amerikalı hərbçiləri də təhdid edir. Bu səbəbdən məsələ yalnız İsrailin deyil, ABŞ-ın da təhlükəsizlik maraqları ilə bağlıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: