an

Böyük Britaniyanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri üzrə naziri Anjela İql jurnalistin sualına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

“The Times” radiosunun aparıcısı Stiq Abel nazirdən vegetarian qəlyanaltıların üzərində “ətli” ifadəsinin işlədilməsinin Avropa İttifaqının qanunlarına zidd olub-olmadığını soruşub.

“Əgər söhbət bekon dadlı çipslərin qadağan edilməsindən gedirsə, həyata başqa cür yanaşmalı və baş verənləri daha yaxşı anlamalısınız” – deyə Anjela İql  jurnalistə istehzalı şəkildə deyib.

Qeyd edək ki, söhbət tərkibində donuz əti olmayan, lakin xüsusi dadlandırıcılar vasitəsilə hisə verilmiş donuz əti (bekon) dadı verilən vegetarian çipslərdən gedir. Mübahisə bu cür məhsulların adlandırılmasında “ət” ifadəsindən istifadənin məhdudlaşdırılması ilə bağlıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: