Gunbatiminda X%C9%99z%C9%99r Ticar%C9%99t Limani

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə ticarət əməliyyatlarının artıq birbaşa rəsmiləşdirildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, iki ölkə arasında malların daşınmasının üçüncü ölkələr (əsasən Gürcüstan – red.) vasitəsilə həyata keçirilməsi davam etdirilir, lakin artıq bu ticarət gömrükdə birbaşa rəsmiləşdirilir.

“Proses o həddə çatıb ki, biz istənilən an sərhədin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində addımlar ata bilərik”, – o, vurğulayıb.

Mirzoyan qeyd edib ki, 2027-ci ilin əvvəlində Ermənistanda bu ilin yayında Qarsda keçirilən analoji tədbirə bənzər biznes forumunun təşkili planlaşdırılır. Erməni nazirin sözlərinə görə, Azərbaycanla formalaşmış sülhün möhkəmləndirilməsi, o cümlədən ikitərəfli ticarətin inkişafı və ərazinin malların tranziti üçün açılması istiqamətində də tədbirlər davam etdirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əlabbas Məhərrəmov deyib ki, bu açıqlamaya ilk növbədə onun kim tərəfindən verildiyi kontekstində yanaşmaq lazımdır:

“Açıqlamanı Ermənistanın xarici işlər naziri verir və təbii ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında maraqlıdır. Amma burada əsas məsələ Türkiyə tərəfinin mövqeyidir. Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmadan sərhədlərin açılmasına və münasibətlərin tam normallaşmasına müsbət yanaşmayacaq.

%C9%99labbas foto 675x900 2
Əlabbas Məhərrəmov

Üçüncü ölkələr vasitəsilə ticarətin aparılması isə sərhədlərin açılması demək deyil. Hesab edirəm ki, Türkiyə bu məsələdə Azərbaycanın milli maraqlarını və strateji müttəfiqlik münasibətlərini nəzərə almalıdır. Çünki regionda davamlı sülh Azərbaycanın maraqları kənarda qalmaqla qurula bilməz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: