gmi

Rumıniya Daxili İşlər Nazirliyi Qara dənizdə Neptun kurort qəsəbəsi yaxınlığında qəzaya uğrayan yedək gəmisinin göyərtəsində olan yeddi türk dənizçinin xilas edilməsi üçün əməliyyat keçirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyə bayrağı altında üzən “Ayaz Bey” yedək gəmisi Antiqua və Barbuda bayrağı altında üzən “Mentor” gəmisi ilə toqquşduqdan sonra saat 04:20 radələrində beynəlxalq qəza siqnalı verib. Türkiyənin “Ayaz Bey” və “Ramazan Bey” adlı iki yedək gəmisi Ukrayna sularında, Odessa limanı yaxınlığında daha əvvəl zədələnmiş “Mentor” gəmisini Türkiyəyə yedəkləyirmiş. Hadisə zamanı yedəyə alınan gəmidə heyət olmayıb. Gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. Sonradan troslar bərpa edilsə də, “Ayaz Bey” yedək gəmisi “Mentor” gəmisi ilə toqquşub”, – məlumatda deyilib.

Paylaş: