Tramp

ABŞ Prezidenti Donald Tramp hazırkı prezidentlik müddəti başa çatdıqdan sonra Ağ Evi tərk edəcəyini bildirib.

Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.

“Bəli, gedəcəm. Yenidən prezidentliyə namizəd olmaq istərdim, lakin qanunun müddəaları kifayət qədər sərtdir. Namizədliyimi irəli sürməkdən məmnun olardım. Bir neçə gün əvvəl keçirilən sorğuda bütün rəqiblərimi böyük fərqlə qabaqlamışdım”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri prezidentlik müddətinin başa çatmasına hələ iki il qaldığını və bu müddət ərzində çox iş görməyin mümkün olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Donald Tramp ilk dəfə 2017-ci ildə ABŞ prezidenti seçilib və 2021-ci ilin yanvarında vəzifəsini tərk edib. O, 2025-ci il yanvarın 20-də yenidən prezident kimi fəaliyyətə başlayıb.

ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs prezident vəzifəsinə ikidən artıq seçilə bilməz. Növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Xatırladaq ki, Tramp daha əvvəl üçüncü dəfə prezidentliyə namizəd olmaq ehtimalını istisna etməyib və bunun üçün müəyyən “yolların” mövcud olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: