
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktı hazırlığı barədə məlumat əldə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Rusiya xüsusi xidmət orqanları daxil olan məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirir.
Qeyd edək ki, bu gün ABŞ-ın Rusiyadakı səfirliyi Tsaritsyno Muzey-Qoruğunun ərazisində çoxsaylı insan tələfatı ilə nəticələnə biləcək real təhlükə barədə xəbərdarlıq yayıb. Səfirlik diplomatların həmin ərazidə kütləvi itkilərə səbəb ola biləcək təhlükə ilə bağlı məlumat əldə etdiyini açıqlayıb.