1687199338 1645896855 rusiya telim 900x506 2

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinn Avropa siyasi dairələrini öz eqoist maraqları üçün Rusiyaya qarşı qəsdən aqressiv ritorikadan istifadə etməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, amerikalı hərbçi bu barədə özünün X sosial media hesabında yazıb.

Flinn müdafiə lobbisinin necə fəaliyyət göstərdiyinə işarə edərək deyib:

“Avropada daim müharibəni qızışdıran bir hərbi-sənaye kompleksi var”.

Ağ Evin keçmiş müşavirinin sözlərinə görə, qitədə daimi gərginliyi qorumaq Avropa qurumlarının maraqlarına uyğundur.

“Bu kompleksin böyüməyə və özünü doğrultmağa davam etməsi üçün bir təhlükə mənbəyinə ehtiyacı var. Hazırda həmin təhlükə mənbəyi Rusiyadır. Onlar “Rusiya təhdiddir, Rusiya təhlükədir” deyə təkrarladıqları müddətcə, ehtiyac duyduqları hər şeyi əldə edirlər: maliyyələşdirmə, təsir və siyasi müdafiə”, – deyə o vurğulayıb və əlavə edib ki, əsl məqsəd daimi düşmənə ehtiyacı olan bir sistemi qorumaqdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: