orig 3 1

“Fənərbağça” futbol klubunun baş məşqçisi İsmail Kartal istefa ərizəsini rəhbərliyə təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Məlumata görə, klubun İdarə Heyəti Kartalın istefasını qəbul edib. “Fənərbağça”nın prezidenti Aziz Yıldırım idarə heyətinin iclasından sonra komandanın təlim-məşq bazasına yollanaraq baş məşqçi ilə yolların ayrılması qərarını təsdiqləyib.

Komandanın yeni baş məşqçisinin Vinçentso Montella olacağı gözlənilir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: