putin

Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silvanın qələbəsi Rusiya lideri Vladimir Putin üçün böyük uğur olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avstriyanın qeyri-hökumət təşkilatı olan “Avropa NATO Genişlənməsi Komitəsi”nin sədri Günter Felinger “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Putin Braziliyada yenidən qalib gəldi”, – deyə o qeyd edib.

Seçki komissiyasının məlumatına görə, Lula da Silva Braziliyada ilk turda məğlub olduqdan sonra prezident seçkilərinin yekununda qələbə qazanan ilk namizəd olub.

Xatırladaq ki, ilk turda sabiq dövlət başçısının oğlu Flavio Bolsonaro hazırkı prezidentdən daha çox səs toplayıb. Bülletenlərin 99,99 faizi hesablandıqdan sonra onun 47,04 faiz, rəqibinin isə 45,15 faiz səs aldığı açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: