Tramp Netanyahu34 900x653 1

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hərbi əməliyyat keçirmək təklifini qəbul etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Netanyahu İsraildə keçiriləcək parlament seçkilərindən əvvəl Trampı İrana qarşı birgə zərbə endirməyə razı salmağa çalışıb. Lakin ABŞ prezidenti bu plana yaşıl işıq yandırmayıb:

“Trampın qərarına təsir edən amillərdən biri də yeni hücumun İsraildəki seçki prosesinə mənfi təsir göstərə və səsvermənin təxirə salınmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar olub.

İsraildə parlament seçkilərinin oktyabrın 27-də keçirilməsi planlaşdırılır.

Səsvermənin nəticələrinə əsasən, ölkənin növbəti hökuməti formalaşdırılmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: