Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün – 2027-ci il yanvarın 28-dək uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamentinin rəsmi saytında məlumat verilib.
Təşəbbüs artıq müvafiq komitələrin və Ali Radanın müzakirəsinə göndərilib.
Deputatlar qanun layihələrini dəstəkləsələr, bu, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı işğaldan bəri Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı 21-ci qərar olacaq.
Əliyar Xəlil
Globalinfo.az