“Kiyev soyuqlar düşənədək ehtiyat qazanxanaların tikintisini başa çatdıra bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnik deyib.
Onun sözlərinə görə, kritik infrastruktur obyektlərində aparılan yoxlamalar zamanı xeyli işin hələ tamamlanmadığı məlum olub.
“Bəzi ərazilərdə avadanlıqların quraşdırılmasının dekabrın sonunadək başa çatdırılması planlaşdırılır. Tikintinin tam yekunlaşması isə iki aya qədər vaxt aparacaq”.
Yəni, Kiyevin qışa hazırlığı ilə bağlı vəziyyət kritik olaraq qalır.
Bundan əvvəl Ukraynanın Bərpa Agentliyinin keçmiş rəhbəri Sergey Suxomlin şəhərin soyuqlara cəmi 40 faiz hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, ən çətin vəziyyət Dneprin sol sahilində gözlənilir. Həmçinin Kiyevdə elektrik yarımstansiyalarının mühafizəsi üzrə işlərin təxminən 80 faizi tamamlanıb. Bütün işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılırdı. Suxomlin diqqətə çatdırıb ki, fevral ayında Kiyevin qışa hazırlıq səviyyəsi cəmi 1,5 faiz təşkil edirdi. Həmin vaxt Xarkovda bu göstərici 51 faiz, Çerniqovda isə 24 faiz olub.
Əliyar Xəlil
Globalinfo.az