Misli Premyer Liqasının IX turunda “Sabah” “Qarabağ“la heç-heçə edib.
Globalinfo.az-ın məlumatına görə, “Dalğa Arena”da baş tutan görüşdə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra “Sabah” 20 xalla turnir cədvəlinə başçılıq edir. 3-cü pillədə olan “Qarabağ“ın isə 18 xalı var.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Araz-Naxçıvan”ı (2:1), “Zirə” “Sumqayıt”ı (3:2), “Kəpəz” “Şəfa”nı (2:1) və “İmişli” “Şamaxı”nı (2:1) məğlub edib. “Neftçi” – “Turan Tovuz” matçı isə heç-heçə başa çatıb – 1:1.