iran raket 900x600 2

Hərbi ekspert Yuri Knutov İranın hərbi raket potensialını və arsenalındakı yenilikləri dəyərləndirib.

Globalinfo.az xəbər verir ki, o, bunu “aif.ru” portalına verdiyi açıqlamada danışıb. 

Ekspertin sözlərinə görə, Tehran Cənubi Avropada yerləşən ABŞ hərbi bazalarını hədəf almaq gücünə malik raketlərə sahib olduğunu bildirib:

“İranın “Xorrəmşəhr-4” raketləri var idi. Onlar hətta bu raketlərlə Hind okeanındakı “Dieqo Qarsiya” bazasını vurmağa cəhd göstəriblər; raketlərdən biri məsafəni qət edə bilməyib, digəri isə yaxınlaşarkən vurulub. Lakin İran Cənubi Avropadakı ABŞ bazalarına çata biləcək digər raketlərə də sahib olduğunu iddia edib”.

Knutov vurğulayıb ki, iranlıların əvvəllər verdiyi bəyanatların çoxu sonradan təcrübədə öz təsdiqini tapıb. O, İranın yeraltı raket istehsalı obyektlərini bərpa etdiyini və onları hava zərbələrinə qarşı xüsusi ziqzaqvarı tunellərlə qoruduğunu bildirib.

Hərbi ekspert yekunda qeyd edib ki, Tehran raket sənayesinin modernləşdirilməsinə çox ciddi yanaşır. Təkmilləşdirilmiş İran ballistik raketləri artıq hədəfə demək olar ki, şaquli bucaq altında daxil olur ki, bu da hava hücumundan müdafiə sistemləri üçün onları ələ keçirməyi kəskin şəkildə çətinləşdirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: