
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun gəlirləri artmaqda davam edir. Futbolçu idman karyerası ilə yanaşı, biznes fəaliyyəti ilə də böyük gəlir əldə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilib ki, “Əl-Nəsr” klubunun hücumçusu ümumilikdə 2 milyard dollar qazanan ilk futbolçu kimi tarixə düşüb.
Bu məbləğə təkcə Ronaldonun futbol müqavilələri üzrə aldığı maaşlar deyil, digər gəlir mənbələrindən əldə etdiyi qazanc da daxildir.
Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsi 2026/2027 mövsümünün sonunadək qüvvədədir.
Əliyar Xəlil,