irangemi 900x596 1

Tehran ABŞ və ya İsrailin mövcud münaqişə çərçivəsində təkrar hücumlarına cavab tədbiri olaraq Fars və Oman körfəzlərində sualtı rabitə kabellərini hədəf almaq üçün təfərrüatlı plan hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki amerikalı və iranlı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi Hörmüz boğazından keçən ən azı 7 əsas sualtı internet kabelinə xüsusi qüvvələr və diversiya əməliyyatları vasitəsilə zərər vurmağı nəzərdə tutur.

Planın tərkib hissəsi kimi, təkcə infrasruktura zərbə endirilməyəcək, həm də ixtisaslaşdırılmış gəmilərin ərazidə təmir və bərpa işləri aparması bloklanacaq.

Mütəxəssislərin və diplomatik mənbələrin qiymətləndirməsinə görə, bu ssenarinin reallaşması Körfəz ölkələrində (Bəhreyn, Qətər, Küveyt, BƏƏ) bank sistemlərinin, bulud xidmətlərinin və beynəlxalq internet bağlantısının uzunmüddətli paralicinə səbəb ola bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: