“Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir”.
Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:
“Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək”.
M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.
Xatırladaq ki, hazırda Bakıda “Xocəsən” və “Bakmil” adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.