libbinin

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Bakıdakı Səfirliyi öz feysbuk hesabında paylaşıb.

“Mən və həyat yoldaşım Danuşa gözəl Bakı şəhərini kəşf etməyə davam edirik. Bu yaxınlarda biz Mərkəzi və Qış parkları ətrafında yerləşən gəzməli yerləri görməkdən zövq aldıq”, – deyə səfir qeyd edib.

Səfir, həmçinin paylaşımına Bakıda lentə alınan fotolar da əlavə edib.

Xatırladaq ki, səfir daha əvvəl Ayna Sultanova heykəlini və Atatürk parkını, eləcə də Milli Tarix Muzeyini ziyarət edib.

424648361 803746005127143 8077427035270262064 n
425321251 803745981793812 4840184020689168482 n
424785906 803746001793810 1610925008361964351 n

Paylaş: